Ermənistanın keçmiş prezidenti Robert Koçaryan MTX-ya aparılıb

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə aparılıb. Digər təfərrüatlar hələlik məlum deyil.
Azturkxeber.az xəbər verir ki, bu barədə müxalifətçi deputat Anna Qriqoryan məlumat verib.
Bildirilib ki, səhər saatlarında MTX əməkdaşları keçmiş prezidentin oğlu Levon Koçaryanın evinə gəliblər.
Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Levon Koçaryanın evində axtarış aparılması barədə məlumatı təsdiqləyib.
Komitənin mətbuat katibi Marina Oqancanyan bildirib: “Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsində korrupsiya cinayətləri ilə bağlı aparılan cinayət təqibi çərçivəsində bir neçə onlarla ünvanda axtarış və digər prosessual tədbirlər həyata keçirilir.”
Komitə əlavə edib ki, zərurət yaranacağı təqdirdə əlavə məlumat veriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: