azturkxeber.az
http://azturkxeber.az

Dünya çempionatında iki medal qazanan Azərbaycan cüdoçuları Vətənə qayıdıblar

25-08-2026

Ekvadorun Quayakil şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında dünya çempionatında iki medal qazanan Azərbaycan milli komandası Vətənə qayıdıb.

Cüdo Federasiyasından Azturkxeber.az-a bildirilib ki, cüdoçularımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında idman ictimaiyyətinin nümayəndələri, media təmsilçiləri, federasiya rəsmiləri və idmançıların yaxınları qarşılayıblar.

Xatırladaq ki, Fərid Rzazadə (-50 kq) bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub. Ayxan Həsənli (-81 kq) isə gümüş medala sahib çıxıb.

Azərbaycan millisi yarışı 1 qızıl və 1 gümüş medalla başa vuraraq 59 ölkə arasında oğlanların mübarizəsində dördüncü, ümumi medal sıralamasında isə beşinci yeri tutub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31