Xırdalanda “Hyundai” markalı avtomobil yanıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Azturkxeber.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Hyundai” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
https://youtu.be/6cGzL8PlqtY?si=mZtQ69rrJCd9e-Pz
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: