azturkxeber.az
http://azturkxeber.az

Ramin Səfərov Kəngərli rayonunda sakinləri qəbul edəcək

24-08-2026

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Səfərov avqustun 27-də Kəngərli rayonunda vətəndaşları qəbul edəcək.

Azturkxeber.az xəbər verir ki, qəbul zamanı vətəndaşların əlilliyin qiymətləndirilməsi, tibbi-sosial ekspertiza, reabilitasiya və qurumun fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar 24-26 avqust tarixlərində Agentliyə rəsmi şəkildə (dtsera_nmr@sosial.gov.az elektron ünvanı vasitəsilə) müraciət edərək, qeydiyyata yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31