DİN BNMİ 116 kq narkotik vasitə və 9500 ədəd narkotik tərkibli həbi dövriyyədən çıxarıb


Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.
Bu barədə Azturkxeber.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, paytaxtın Binəqədi və Nizami, həmçinin Abşeron və Yevlax rayonlarında keçirilən tədbirlərlə əvvəllər müxtəlif cinayət əməllərinə görə məhkum olunmuş Nicat Həsənov, Mübariz Azayev, Hüseyn Vəliyev, Etibar Səlimov, Elşən Abdullayev və Şahin Abdullayev saxlanılıblar. Onlardan ümumilikdə 116 kiloqram narkotik vasitə və 9500 ədəd narkotik tərkibli həb aşkarlanıb.
Araşdırmalarla saxlanılan şəxslərin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyənləşdirilib.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
https://www.youtube.com/watch?v=Y0puMRd8KWE
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: