azturkxeber.az
http://azturkxeber.az

BDYPİ-dən yol hərəkəti iştirakçılarına müraciət: Telefon diqqətinizi yoldan ayırmasın

24-08-2026

Müasir dövrdə mobil telefon gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilsə də, yol hərəkəti zamanı ondan diqqətsiz istifadə ciddi təhlükələrə səbəb ola bilər.

Bu barədə Azturkxeber.az-a BDYPİ-dən məlumat verilib.

Bildirib ki, xüsusilə nəqliyyat vasitəsini idarə edərkən diqqətin telefona yönəldilməsi ətrafda baş verənləri vaxtında görməyə və yaranan təhlükəni düzgün qiymətləndirməyə mane olur.

Sükan arxasında mobil telefondan istifadə sürücünün diqqətini yayındırır, reaksiyasını ləngidir, nəqliyyat vasitəsinə nəzarəti zəiflədir və qəfil yaranan təhlükəyə gec reaksiya verməsinə səbəb ola bilər.

Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri sükan arxasında mobil telefondan istifadə etməməyə, diqqətlərini yalnız yola və nəqliyyat vasitəsinin təhlükəsiz idarə olunmasına yönəltməyə çağırır. Eyni zamanda, piyadalar da yolu müəyyən edilmiş keçidlərdən keçərkən mobil telefondan mümkün qədər az istifadə etməli, diqqətlərini yol şəraitinə və yaxınlaşan nəqliyyat vasitələrinə yönəltməlidirlər.

Unutmayın: Yolda bir anlıq diqqətsizlik geri dönüşü olmayan nəticələrə səbəb ola bilər!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31