azturkxeber.az
http://azturkxeber.az

Yanvar-iyul aylarında DOST mərkəzlərində 590 min vətəndaşa xidmət göstərilib

21-08-2026

Bu ilin 7 ayında DOST mərkəzlərində 590 min vətəndaşa xidmət göstərilib. Onların göstərilən DOST xidmətlərindən məmnunluq səviyyəsi 99,2 faiz olub.

Bu barədə Azturkxeber.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 2019-cu ilin may ayından ötən dövrdə ölkəmizdə 8 DOST mərkəzi (Bakı, Abşeron, Bərdə, Naxçıvan), 4 DOST filialı (Şuşa, Tərtər, Neftçala, İmişli) və 3 DOST məntəqəsi (Zəngilan, Kəlbəcər, Füzuli) açılıb.

Beynəlxalq səviyyədə də yüksək qiymətləndirilən DOST konsepsiyası əsasında dövlət sosial xidmətlərindən ibarət 164 xidmət “bir pəncərə”dən, müasir və çevik, şəffaf mexanizmlərlə, vətəndaş məmnunluğuna uyğun təqdim edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31