azturkxeber.az
http://azturkxeber.az

Nağıllardan tribunaya – Azərbaycanın qonaqpərvər simaları ilə tanış olun

19-08-2026

Biri var idi, biri yox idi...

Biri balaca, amma diribaş... Digəri zərif, amma böyük ürəkli...

2026-cı il qadın voleybolçular arasında Avropa çempionatında sizi Azərbaycanın sevilən nağıl qəhrəmanları – Cırtdan və Göyçək Fatma qarşılayacaq!

Cırtdan öz cəsarəti, hazırcavablığı və bitməyən enerjisi ilə tribunaların əhvalını yüksəldəcək, Göyçək Fatma isə zərifliyi, səmimiyyəti və xoş təbəssümü ilə hər kəsə Azərbaycan qonaqpərvərliyini hiss etdirəcək.

Onlar təkcə yarışın maskotları deyil, həm də Azərbaycanın zəngin mədəni irsinin, milli nağıllarının və qonaqpərvərliyinin simvolu olacaqlar. Arenaya gələn azarkeşlər, yerli və xarici qonaqlar bu iki qəhrəman vasitəsilə ölkəmizin isti münasibətini və voleybol sevgisini yaxından hiss edəcəklər.

Nağıllarımızın qəhrəmanları artıq CEV Trendyol EuroVolley 2026-da sizi gözləyir!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31