Köç karvanları Xocavənd rayonuna çatıb





Avqustun 17-də doğma yurduna yola salınan köç karvanları Xocavənd rayonunun Quzeyxırman və Güneyxırman kəndlərinə çatıb.
Azturkxeber.az xəbər verir ki, ilk mərhələdə Quzeyxırman kəndinə köçürülən 82 nəfərdən ibarət 18 ailəyə, Güneyxırman kəndinə isə 103 nəfərdən ibarət 21 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: