azturkxeber.az
http://azturkxeber.az

Özbəkistanlı alimlər Gəncədə Nizami Gəncəvi irsi ilə tanış olublar

28-07-2026

Özbəkistan Respublikası Elmlər Akademiyasının Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Sürəyya Kərimova və institutun Klassik ədəbiyyat şöbəsinin müdiri, dosent Səlimxon Eşonova Azərbaycana səfərləri çərçivəsində Gəncədə olublar.

AMEA-nın Gəncə Bölməsindən bildirilib ki, qonaqlar Nizami Gəncəvinin məqbərəsini, Nizami Gəncəvi Muzeyini, AMEA Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzini, Əlişir Nəvai adına Özbək Dili və Mədəniyyəti Mərkəzini, həmçinin “İmamzadə” dini-memarlıq kompleksini ziyarət ediblər.

Görüşdə AMEA Gəncə Bölməsinin sədr müavini Əlimuxtar Muxtarov qonaqlara Nizami Gəncəvinin həyatı və yaradıcılığı, irsinin öyrənilməsi, qorunması və beynəlxalq səviyyədə təbliği istiqamətində görülən işlər barədə məlumat verib.

Özbəkistanlı alimlər göstərilən qonaqpərvərliyə görə təşəkkür edərək, Azərbaycan ilə Özbəkistan arasında elm və mədəniyyət sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıblar.

Görüşdə Nizami Gəncəvi və Əlişir Nəvai irsinin müqayisəli tədqiqi, birgə elmi layihələrin hazırlanması, beynəlxalq konfransların təşkili, alim mübadiləsi və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Qeyd edilib ki, səfər iki ölkə arasında elmi, ədəbi və mədəni əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031