Dünya çempionatı: Azərbaycanın daha 5 yunan-Roma güləşçisi mübarizəyə qoşulur
Bakıda təşkil olunan U-17 dünya çempionatında bu gün yunan-Roma güləşi üzrə növbəti görüşlər keçiriləcək.
Azərbaycan millisinin daha beş üzvü təsnifat mərhələsində müxtəlif çəki dərəcələrində mübarizəyə başlayacaq. 45 kiloqramda Əli Cavadlı bolqarıstanlı Oqnyan Burqazovla, 51 kiloqramda Abdulrəhman Hüseynli qazaxıstanlı Kuanişbek Janqajolla, 60 kiloqramda Elmir Çərkəzov digər qazaxıstan təmsilçisi Nurali Askarla qarşılaşacaq.
71 kiloqram çəki dərəcəsində Nadir Həsənov tacikistanlı Mahdi Azizboyevlə, 92 kiloqramda isə Zöhrab Səfərov ukraynalı Hlib Yevsieyevlə üz-üzə gələcək.
Ötən gün finala yüksələn İsfahan Həsənov (80 kiloqram) isə mundialın qızıl medalına yiyələnmək şansına malikdir. O, həlledici görüşdə iranlı Alireza Rezayi ilə üz-üzə gələcək.
Ömər Salmanov (48 kiloqram) ilə Orxan Həbibli isə (65 kiloqram) bürünc medal uğrunda görüşə çıxacaqlar.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil edilən dünya çempionatına avqustun 2-də yekun vurulacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: