azturkxeber.az
http://azturkxeber.az

Soltan Soltanlı: Yubiley sərgimdə rəngkarlıq və qrafika əsərlərim yer alacaq

27-07-2026

Soltan Soltanlı: Yubiley sərgimdə rəngkarlıq və qrafika əsərlərim yer alacaq

İyulun 31-də “Phigaro Gallery”də 50 illik yubileyimə həsr olunmuş “Zamanın fövqündə” adlı fərdi sərgim keçiriləcək. Sərgidə rəngkarlıq və qrafika əsərlərim nümayiş olunacaq.

Bu barədə tanınmış rəssam Soltan Soltanlı məlumat verib.

O bildirib ki, əsl sənət öz mövzusuyla, ifadə etdiyi anlamla həmişə zamanın fövqündə dayanmalı, yüzillər boyunca ucalığını qorumalıdır. “Bu sərgidə də başlıca mövzum insan və onun dünyada, həyatdakı yeridir. Sərgi avqustun 8-dək davam edəcək.

30 ildir ölkəmizi rəsm əsərlərimlə beynəlxalq müsabiqə, festival və sərgilərdə təmsil edirəm. Çoxlu beynəlxalq mükafatlar qazanmışam və əsərlərim dünyanın 50-dən çox ölkəsindəki muzey və şəxsi kolleksiyalarda saxlanılır”, - deyə rəssam əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031