azturkxeber.az
http://azturkxeber.az

Küləkli havada baş vermiş hadisə nəticəsində iki nəfər xəsarət alıb

27-07-2026

Küləkli havada baş vermiş hadisə nəticəsində iki nəfər xəsarət alıb

Güclü küləyin təsiri nəticəsində aşan ağacın altında qalan 1961-ci il təvəllüdlü qadın və 1998-ci təvəllüdlü kişi Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunublar.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aparılan müayinələr nəticəsində qadın pasiyentə sağ mil sümüyünün distal ucunun oynaqdaxili sınığı diaqnozu qoyulub. Həkimlər tərəfindən zəruri tibbi yardım göstərilib və sınıq gips longetlə fiksasiya olunub.

Digər psiyentə sol pəncənin 3-cü barmagın kəsilmiş yarası diaqnozu müəyyən edilib. Yara birincili işlənib və aseptic sarğı qoyulub.

Pasiyentlərin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar. Onlara ev şəraitində müalicə və tibbi nəzarətlə bağlı müvafiq tövsiyələr verilib.

“Vətəndaşlara küləkli hava şəraitində iri ağacların, köhnə tikililərin və təhlükə yarada biləcək digər konstruksiyaların yaxınlığında dayanmamaq, zərurət olmadıqda isə açıq havada uzun müddət qalmamaq tövsiyə olunur”, - deyə məlumatda vurğulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031