azturkxeber.az
http://azturkxeber.az

Dövlət Məşğulluq Agentliyi Türkiyədə baxıcı vakansiyası üzrə müraciətlərin qəbuluna başlayıb

27-07-2026

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin “Azərbaycandan işçi qüvvəsinin ixracı” layihəsi çərçivəsində Türkiyə Respublikasındakı xüsusi qulluq mərkəzlərində (Bakım Evleri) baxıcı vakansiyası üzrə işə qəbul üçün müraciətlərin qəbuluna başlanıb.

Azturkxeber.az-ın məlumatına görə, bu vakansiya üzrə işə qəbul olunacaq şəxslər qeyd edilən xüsusi qulluq mərkəzlərində əlilliyi olan şəxslərə, həmçinin daimi qulluğa və reabilitasiyaya ehtiyacı olan yaşlı şəxslərə stasionar formada (özləri də həmin mərkəzlərdə gecələməklə) peşəkar qulluq göstərəcək, onların gündəlik ehtiyaclarının qarşılanmasını təmin edəcəklər.

Vakansiya üzrə əməkhaqqı məbləği Türkiyədəki minimum əməkhaqqından az olmamaq şərtilə müəyyən edilib.

Bundan başqa, işəgötürən tərəfindən aviabilet, viza rüsumu, yaşayış yeri və qidalanma xərcləri tam qarşılanacaq.

Vakansiya üzrə işə qəbul ediləcək şəxslərdən əsas tələblər bunlardır:

əlilliyi olan və yaşlı şəxslərin şəxsi qulluq ehtiyaclarını qarşılamaq;

fərdi qayğı planına uyğun xidmət göstərmək;

xidmət alan şəxslərə zərər vura biləcək hər hansı münasibət və davranışın qarşısının alınması istiqamətində nəzarət tədbirlərini həyata keçirmək və aidiyyəti məsul şəxsləri məlumatlandırmaq.

Dövlət Məşğulluq Agentliyi Türkiyədə rəsmi və təminatlı iş imkanlarından yararlanmaq istəyən uyğun namizədləri bu vakansiya üzrə müraciət etməyə dəvət edir. Müraciətlər onlayn qaydada qəbul olunur. Son müraciət tarixi 27 avqust 2026-cı ildir.

Müraciət linki: https://survey.sosial.gov.az/index.php/756379?newtest=Y&lang=az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031