azturkxeber.az
http://azturkxeber.az

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

26-07-2026

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Milli Hidrometeorologiya Xidməti iyulun 27-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Xidmətdən bildirilib ki, Naxçıvan Muxtar Respublikası, Gədəbəy, Göygöl, Şəmkir, Samux, Yevlax, Bərdə, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Laçın, Kəlbəcər, Quba, Siyəzən, Xızı, Altıağac, İmişli, Şirvan, Beyləqan, Saatlı, Sabirabad, Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Lerik, Yardımlı, Lənkəran və Astarada sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Ağstafa, Qazax, Tovuz, Gəncə, Daşkəsən, Goranboy, Qobustan, Neftçala, Hacıqabul, Naftalan, Xaçmaz, Qusar və Şabranda isə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 20.8 metrdən 28.4 metrədək güclənəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031