Şəkidə avtomobil iki piyadanı vurub, onlardan biri hadisə yerində ölüb

Gecə saatlarında Şəkidə piyadaların vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Azturkxeber.az xəbər verir ki, iyulun 25-də saat 22 radələrində Fərhad Qürbətli idarə etdiyi “Mercedes” markalı avtomobillə Şəki rayonunun Baş Göynük kəndi ərazisində hərəkətdə olarkən piyadalar 24 yaşlı Mahir Teyibov və 28 yaşlı Şahin Tahirovu vurub.
Mahir Teyibov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Şahin Tahirov isə təcili tibbi yardım briqadasının köməyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirir.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: