azturkxeber.az
http://azturkxeber.az

Çində “Honqsya” tayfunu Honq-Konq və Quanqdonq sahillərinə çatıb

26-07-2026

Çində “Honqsya” tayfunu Honq-Konq və Quanqdonq sahillərinə çatıb

Çində “Honqsya” tayfunu Honq-Konq və Quanqdonq əyalətinin sahillərinə çatıb.

Azturkxeber.az xəbər verir ki, bu barədə Mərkəzi Meteorologiya Stansiyası məlumat yayıb. Hazırda küləyin sürətinin 45 metr/saniyə olduğu bildirilib.

Tayfunla bağlı xəbərdarlıqdan sonra ərazidən 340 mindən çox sakin təxliyə edilib.

Növbəti 24 saat ərzində Quanqdonq əyalətinin paytaxtı Quançjouda güclü yağış gözlənilir. Sinoptiklər 50-100 millimetr, bəzi ərazilərdə isə 250 millimetrə qədər yağıntı proqnozlaşdırırlar.

Qeyd edək ki, Çində yay ənənəvi olaraq güclü yağışlar, tayfunlar, daşqınlar və geoloji fəlakətlərlə xarakterizə olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031