azturkxeber.az
http://azturkxeber.az

Berlində kütləvi aksiya iştirakçılarına avtomobillə hücumu törədən şəxsin axtarışları davam etdirilir

26-07-2026

Berlində kütləvi aksiya iştirakçılarına avtomobillə hücumu törədən şəxsin axtarışları davam etdirilir

Berlində ötən gecə keçirilən kütləvi aksiya iştirakçılarına mikroavtobusla hücum etməkdə şübhəli bilinən şəxsin axtarışları davam etdirilir.

Azturkxeber.az xəbər verir ki, Berlində “Christopher Street Day” yürüşünün keçirildiyi ərazi yaxınlığında mikroavtobusun insanların üzərinə sürülməsi nəticəsində 1 qadın həlak olub, azı 16 nəfər xəsarət alıb.

Ötən gecə saat 22:00 radələrində baş verən hadisədən sonra sürücü avtomobili tərk edərək qaçıb. Polis hadisənin bir, yoxsa bir neçə şəxsin törətməsi ilə bağlı ziddiyyətli ifadələrin olduğunu açıqlayıb. Lakin bir nəfərin şəxsiyyəti müəyyənləşdirilib, onun 21 yaşlı Abdul B. adlı şəxs olduğu bildirilir. Yerli media şübhəli şəxsin bu ilin mayında yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldığını yazıb.

Almaniya Kansleri Fridrix Merts X hesabında etdiyi paylaşımda hadisəni cəmiyyətə qarşı hücum kimi qiymətləndirib. “Biz açıq və azadlığı sevən cəmiyyətik və bunu qoruyacaq, müdafiə edəcəyik. Bu cinayətin üstü açılacaq və onu törədən şəxs qanunun tələblərinə uyğun olaraq sərt şəkildə cəzalandırılacaq”, - deyə Kansler qeyd edib.

Berlin polisi şübhəli şəxsin saxlanılması üçün genişmiqyaslı axtarış tədbirləri həyata keçirir. Hadisənin motivi ilə bağlı hələlik qəti açıqlanma verilməyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031