Azərbaycanda hava şəraiti yağmursuz keçib
İyulun 26-sı saat 10:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, ölkə ərazisində hava şəraiti yağmursuz keçib.
İyulun 25-də Xaçmazda cənub-şərq küləyi əsib, küləyin maksimal sürəti saniyədə 25 metrədək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında, Naxçıvan Muxtar Respublikasında, eləcə də Aran rayonlarında 39, dağlıq rayonlarda isə 29 dərəcəyədək isti müşahidə olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: