Milli Depozit Mərkəzi Pakistanın Mərkəzi Depozitar Şirkəti ilə memorandum imzalayıb
İyulun 15-də Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) ilə Pakistanın Mərkəzi Depozitar Şirkəti (CDCPL) arasında anlaşma memorandumu imzalanıb.
MDM-dən bildirilib ki, memorandumun məqsədi mərkəzi depozitar fəaliyyəti və kapital bazarları sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, bilik, təcrübə və qabaqcıl təcrübələrin paylaşılmasıdır.
Sənəd çərçivəsində xidmətlər, korporativ idarəetmə, risklər, investor xidmətləri, biznes əməliyyat modelləri, texnoloji həllər, eləcə də depozitarların funksiyaları və daxili iş təcrübələri üzrə məlumat mübadiləsi nəzərdə tutulur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:

