azturkxeber.az
http://azturkxeber.az

İngiltərə millisi 60 ildən sonra ən vacib oyununa çıxır

15-07-2026

İngiltərə millisi 60 ildən sonra ən vacib oyununa çıxır

Futbol üzrə İngiltərə millisi dünya çempionatının yarımfinal mərhələsində bu gün Argentina ilə qarşılaşacaq.

Azturkxeber.az BBC-yə istinadla xəbər verir ki, qarşılaşma İngiltərə yığmasının 1966-cı ildə qazandığı dünya çempionluğundan sonra ən vacib oyunlarından biri hesab olunur. İngiltərə millisi son 60 ildə yalnız iki dəfə - 1990 və 2018-ci illər mundialında yarımfinala yüksəlib. Komanda bu dəfə finala vəsiqə qazanacağı təqdirdə, DÇ-1966-dan sonra ilk dəfə həlledici görüşdə çıxış edəcək.

ABŞ-nin Atlanta şəhərində keçiriləcək İngiltərə - Argentina görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyuna marağın böyük olduğu bildirilir. Baş məşqçi Tomas Tuxelin mətbuat konfransı əvvəlcə planlaşdırılandan daha böyük zala köçürülsə də, bütün yerlər dolub.

Qeyd edək ki, İngiltərə millisi 1966-cı ildə “Uembli” stadionunda Almaniya üzərində qələbə qazanaraq yeganə dünya çempionluğunu əldə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031