azturkxeber.az
http://azturkxeber.az

Qaradağda 3 yol sahəsində yeni avtomobil körpüləri tikilir

10-07-2026

Qaradağda 3 yol sahəsində yeni avtomobil körpüləri tikilir

Qaradağ rayonunda yerləşən 3 fərqli yol sahəsində yeni avtomobil körpülərinin tikintisi işləri davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, hər üç körpü bir aşırımlı olmaqla layihələndirilib.

Körpülərdən biri Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrində, Qobustan qəsəbəsi ərazisində inşa olunur. Hazırda tikinti işləri yekun mərhələyə çatıb, körpünün asfalt-beton örtüyünün salınması üçün hazırlıq işləri aparılır.

Səngəçal-Çeyildağ avtomobil yolunun 13-cü kilometrində inşa edilən digər körpüdə dayaqların tikintisi üçün svaylar vurulub, bünövrənin betonlanmasına hazırlıq işləri görülür.

Lökbatan-Güzdək avtomobil yolunun 2,2-ci kilometrində tikilən üçüncü körpüdə isə birinci kənar dayağın inşası davam etdirilir, ikinci dayağın bünövrəsinin tikintisi artıq başa çatdırılıb.

Agentlikdən bildirilib ki, körpülərin tikintisi qüvvədə olan tikinti norma və qaydalarına uyğun şəkildə həyata keçirilir. Yeni körpülərin istismara verilməsi nəticəsində həmin yol sahələrində nəqliyyatın hərəkətinin daha təhlükəsiz və rahat təşkili təmin olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031