İqtisadiyyat nazirinin birinci müavini Balakəndə vətəndaşların müraciətlərini dinləyib
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Balakən şəhərində Balakən, Zaqatala və Qax rayonlarından olan vətəndaşlarla görüşüb.
İqtisadiyyat Nazirliyindən bildirilib ki, görüşə gələn vətəndaşların sahibkarlığın inkişafı, güzəştli kreditlər, əmlak, vergi, sosial və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.
Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən görüş zamanı vətəndaşların hər bir müraciəti diqqətlə araşdırılıb, qaldırılan məsələlər üzrə müvafiq izahat və əsaslandırılmış cavablar verilib. Əlavə araşdırma tələb edən müraciətlər isə qanunvericiliyə uyğun qaydada icraata götürülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:

