azturkxeber.az
http://azturkxeber.az

“Sabah” UEFA Çempionlar Liqasında mübarizəyə başlayır

07-07-2026

“Sabah” UEFA Çempionlar Liqasında mübarizəyə başlayır

Bu gün UEFA Çempionlar Liqasında 2026/2027-ci illər mövsümünə start veriləcək.

Azturkxeber.az xəbər verir ki, Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Sabah" mübarizəyə doğma meydanda başlayacaq.

Ölkə çempionu I təsnifat mərhələsinin ilk oyununda Bakıda Uelsin TNS komandasını qəbul edəcək. Masazırdakı "Bank Respublika Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Matçı Polşa Futbol Federasiyasından FIFA dərəcəli baş hakim Patrik Qritskeviç idarə edəcək.

"Sabah"ın heyətində yalnız zədəli Xəyal Əliyev bu görüşdə iştirak edə bilməyəcək.

Qeyd edək ki, komandalar arasında cavab oyunu 1 həftə sonra Ozuestri şəhərində təşkil olunacaq. Bu cütün qalibi II raundda "Vardar" (Şimali Makedoniya) - "KuPS" (Finlandiya) duelinin güclüsü ilə qarşılaşacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031