DİN: Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
İyulun 6-da ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azturkxeber.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 65, o cümlədən borclu şəxs qismində axtarışda olan 46, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 və dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 2,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb, yabanı halda bitmiş 5 min çətənə kolu isə aşkarlanaraq məhv edilib.
Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən olunub. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 9 tüfəng və 40 müxtəlifçaplı patron aşkar edilərək götürülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: