azturkxeber.az
http://azturkxeber.az

“Porsche” şirkəti daha 4 min iş yerini ixtisar etməyi planlaşdırır

06-07-2026

“Porsche” şirkəti daha 4 min iş yerini ixtisar etməyi planlaşdırır

Almaniyanın lüks idman avtomobilləri istehsalçısı “Porsche” xərclərin azaldılması proqramı çərçivəsində daha 4 minədək iş yerinin ixtisarını nəzərdən keçirir.

Azturkxeber.az “Bild” qəzetinə istinadla xəbər verir ki, ixtisarların əsasən idarəetmə və inzibati bölmələri əhatə edəcəyi gözlənilir. Şirkətin fəaliyyətinin optimallaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramın hazırlandığı və iyulun sonunadək açıqlanacağı bildirilib.

Məlumata əsasən, hazırda rəhbərliklə işçilərin nümayəndələri arasında yeni qənaət paketi üzrə danışıqlar aparılır. Şirkət daha əvvəl 2029-cu ilədək Ştutqart regionunda 1900 iş yerinin sosial təminatlar nəzərə alınmaqla ləğv ediləcəyini açıqlamışdı. Bundan əlavə, müddətli əmək müqaviləsi ilə çalışan təxminən 2 min əməkdaşın müqaviləsi uzadılmayıb. Şirkət mayda daha üç törəmə müəssisəsini bağlayacağını açıqlayıb ki, bu da əlavə 500 işçiyə təsir göstərəcək. Qərar zəif satış göstəriciləri, xüsusilə Çin bazarındakı geriləmə və yüksək investisiya xərcləri ilə əlaqələndirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031