azturkxeber.az
http://azturkxeber.az

“HP” şirkəti 6 minədək iş yerini ixtisar etməyi planlaşdırır

26-11-2025

“HP” şirkəti 6 minədək iş yerini ixtisar etməyi planlaşdırır

“HP” şirkəti süni intellektin geniş tətbiqi sayəsində 6 minədək iş yerini ixtisar etməyi planlaşdırır. Bu şirkətin əməkdaşlarının təxminən 10 faizinə bərabərdir.

Ixtisarların 2028-ci ilədək tamamlanacağı gözlənilir. “HP” şirkətinin baş direktoru Enrike Loresin sözlərinə görə, atılan addımlar üç il ərzində 1 milyard dollar vəsaitə qənaət etməyə imkan verəcək. İxtisarlar əsasən istehsalat, idarəetmə və müştəri xidmətləri sahələrini əhatə edəcək.

“HP” ilin əvvəlində də 2 minədək iş yerinin ləğv ediləcəyini açıqlamışdı. Ötən ilin oktyabrına olan məlumata görə, şirkətdə təxminən 58 min əməkdaş çalışır.

Son maliyyə rübündə şirkətin gəlirləri 3 faiz artaraq 55,3 milyard dollara yüksəlib, mənfəət isə 9 faiz azalaraq 2,5 milyard dollar təşkil edib.

Xatırladaq ki, son aylarda ABŞ-ın texnologiya sektorunda bir sıra şirkətlər süni intellekt tətbiqləri fonunda iş yerlərini azaldırlar. Oktyabr ayında “Amazon” şirkəti 14 minədək inzibati vəzifənin ixtisar ediləcəyini açıqlamışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930