azturkxeber.az
http://azturkxeber.az

İsveçrə millisi dünya çempionatında yeni rekorda imza atıb

03-07-2026

İsveçrə millisi dünya çempionatında yeni rekorda imza atıb

Futbol üzrə İsveçrə millisi dünya çempionatında komanda rekorduna imza atıb.

Azturkxeber.az Opta-ya istinadən xəbər verir ki, 1/16 final mərhələsinin Əlcəzairlə oyununda hesabı açan Avropa təmsilçisi mundiallar tarixində ardıcıl 4-cü matçda ilk qolu vuran yeganə komanda olub.

İsveçrəlilər qrup mərhələsində Qətər, Bosniya və Herseqovina və Kanada ilə görüşlərdə də hesabı açmışdılar.

Qeyd edək ki, İsveçrə - Əlcəzair oyununda ilk hissədən sonra hesab avropalıların xeyrinədir – 1:0.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031