Dünya çempionatı: Ronaldu 41 yaşında pley-off oyununa çıxan ilk futbolçu olub
Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu 41 yaşında dünya çempionatlarının pley-off mərhələsində meydana çıxan ilk futbolçu olub.
Azturkxeber.az Opta-ya istinadən xəbər verir ki, təcrübəli forvard DÇ-2026-nın 1/16 final mərhələsinin Xorvatiya ilə matçında start heyətində yer alıb. Hazırda ilk hissəsi davam edən görüşdə hesab açılmayıb – 0:0.
Bu cütün qalibi 1/8 finalda İspaniya millisi ilə qarşılaşacaq.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatına iyulun 19-da yekun vurulacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: