Masallıda 1520 ədəd xaş-xaş kolu məhv edilib

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Dəmbəlov kəndi ərazisindəki meşə zolağında yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Azturkxeber.az xəbər verir ki, ümumi çəkisi 349 kiloqram olan 1520 ədəd xaş-xaş kolu məhv edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: