Ucarda yabanı halda bitən çətənə bitkiləri məhv edilib
Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının “Xaş-xaş-2025” şərti adı altında həyata keçirdikləri kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində rayonun Məlikballı kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat daxil olub.
Bildirilib ki, ümumi çəkisi 500 kiloqrama yaxın olan 511 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.