Avtomobildən mobil telefon oğurlayan şəxs saxlanılıb

Paytaxtda avtomobildən mobil telefonun oğurlanması barədə polisə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 46 yaşlı S.Kərimov müəyyən olunaraq saxlanılıb.
Azturkxeber.az xəbər verir ki, Araşdırmalarla məlum olub ki, S.Kərimov nəqliyyat vasitəsinin pəncərəsinin açıq olmasından istifadə edərək mobil telefonu oğurlayaraq mağazalardan birinə satıb.
Faktla bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: