azturkxeber.az
http://azturkxeber.az

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb

21-06-2026

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub, tranzit yüklərin tədarükü həyata keçirilib.

Azturkxeber.az xəbər verir ki, 17 vaqondan ibarət, çəkisi 1000 tona yaxın olan dizel yanacağı bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 13 min tondan çox dizel, 4 min tondan çox Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Eyni zamanda Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük də həyata keçiriləcək.

18 vaqondan ibarət, çəkisi 1260 ton olan buğda eyni tarixdə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 32 min tondan çox taxıl, 7 min tondan çox gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930