azturkxeber.az
http://azturkxeber.az

“ƏDV geri al” layihəsi Naxçıvanda da uğurla tətbiq edilir

19-05-2026

Pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən təqdim olunan tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan “ƏDV geri al” mexanizminin tətbiqi Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir.

Azturkxeber.az xəbər verir ki, 2026-cı ilin yanvar – aprel ayları ərzində muxtar respublika üzrə istehlakçılara 652,2 min manatdan çox ƏDV məbləği geri qaytarılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,7 faiz çoxdur. Ümumiyyətlə, layihənin icrası müddətində istehlakçılara qaytarılan məbləğ 4,8 milyon manata yaxın olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031