azturkxeber.az
http://azturkxeber.az

Kommersiya qurumlarının sayı 6,7 faiz artıb

18-05-2026

2026-cı ilin may ayının 1-nə respublika üzrə uçotda olan 1.705.276 vergi ödəyicisinin 86,8 faizi fiziki şəxslər, 13,2 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5,1 faiz, o cümlədən fiziki şəxslərin sayı 5 faiz, hüquqi şəxslərin sayı 6,1 faiz artıb.

Azturkxeber.az-ın məlumatına görə, may ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 208.315 təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,7 faiz çoxdur.

2026-cı ilin aprel ayında 1.341 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların 91,7 faizi yerli investisiyalı, 8,3 faizi isə xarici investisiyalı müəssisələrdir. Kommersiya qurumlarının 88,8 faizi elektron qaydada qeydiyyata alınıb. 2026-cı ilin yanvar – aprel aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 97,2 faiz təşkil edib.

2026-cı ilin may ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,2 faizi məhdud məsuliyyətli cəmiyyət formasında yaradılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031