azturkxeber.az
http://azturkxeber.az

Türk Dünyası XXI Əsrin Güc Mərkəzinə Doğru

16-05-2026



Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü qardaşların sarsılmaz birliyini və daha da güclənmək əzmini göstərdi.

Toplantıdakı çıxışında cənab Prezidentimiz İlham Əliyevin qədim tarixi köklərimizi xatırlaması, gəlinib çatılmış indiki səviyyəyə qısa nəzər yetirməsi və başlıca hədəfi müəyyənləşdirməsi haradan gəldiyimizi, harada olduğumuzu və haraya gedəcəyimizi düzgün başa düşməkdə əhəmiyyətlidir.

Qədim və zəngin tarixi-mədəni irsə malik olan Türküstan şəhəri ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın işğaldan azad edildikdən sonra qardaşlaşması qırılmaz milli-mənəvi bağlarımızın dərinliyini və onun müasir şəraitdə uğurla möhkəmləndirildiyini göstərir. Azərbaycan və Qazaxıstan həm qardaş, həm də strateji müttəfiqdirlər.

Azərbaycan beynəlxalq çəkisi artan, qlobal proseslərdə rolu və mövqeyi güclənən Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşdirilməsinə əzmlə çalışır. Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində Türk Dövlətləri Təşkilatının şəhərsalma üzrə yüksək səviyyəli dialoqunun təşkil edilməsi, türk xalqlarının elmi-mədəni birliyinə böyük töhfə vermiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən Türk dünyası həftəsinin iyun ayında Bakıda keçirilməsi türk xalqlarının mədəni həyatında mühüm hadisələr olacaqdır.

Nitqdə vəzifələr kimi rəqəmsal inkişafın və süni intellektin yaratdığı imkanlardan yararlanaraq bu prosesdə ön sıralarda yer almağın, rəqəmsal suverenliyi möhkəmləndirməyin, innovasiya əsaslı iqtisadi modelə keçidi sürətləndirməyin və türk dövlətləri arasında nəqliyyat sahəsində əməkdaşlığı genişləndirməyin müəyyənləşdirilməsi başlıca hədəfə - ailəmiz olan türk dünyasını XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevirməyə xidmət edir. Bu hədəf uğrunda Azərbaycanın iradəsinin yenidən səsləndirilməsi türk dünyasının ictimaiyyətinə, xüsusən gənclərə düzgün yol göstərməkdir.

Başlıca hədəf aydın, vəzifələr konkret, ona çatmağın yolu isə düzgün müəyyənləşdirilib. Məqsədə nail olmağın təməlində yenilməz birliyimiz, gücümüz və gərgin səylər dayanır! Yolumuz həmişə açıq olsun!

Musa Qasımlı, Milli Məclis sədrinin müavini






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031