azturkxeber.az
http://azturkxeber.az

Silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçirilib - VİDEO

16-05-2026

2026-cı ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunda silah, döyüş, eləcə də xüsusi texnikalar yaz-yay mövsümündə istismar rejiminə keçirilib.

Azturkxeber.az xəbər verir ki, tədbirlər çərçivəsində şəxsi heyətə texnikanın mövsümə uyğun istismarı və texniki qulluq qaydaları öyrədilib, təhlükəsizlik tədbirləri üzrə tələblər çatdırılıb, eləcə də hərbi hissələr mərkəzləşdirilmiş qaydada zəruri ehtiyat hissələri və avadanlıqlarla tam təmin edilib.

Texniki xidmət məntəqələrində silah və texnikaların fasiləsiz, dayanıqlı istismarını təmin etmək məqsədilə elektrik sistemlərinin vəziyyəti yoxlanılıb və iqlimə uyğun yanacaq-sürtkü materialları dəyişdirilib.

Qeyd edək ki, silah və texnikanın yaz-yay mövsümü istismarı rejiminə keçidi ilə əlaqədar bütün zəruri tədbirlər planlı şəkildə həyata keçirilib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031