Sabah Hava Necə Olacaq? – Yağış, Şimşək və Dolu Gözlənilir

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı və gün ərzində yağış yağacağı gözlənilir.
Azturkxeber.az xəbər verir ki, havanın temperaturu gecə saatlarında 15-18°, gündüz isə 19-24° isti olacaq.
Azərbaycanın rayonlarında da bəzi ərazilərdə arabir yağıntılı hava şəraiti müşahidə olunacaq. Ayrı-ayrı yerlərdə yağışın intensivləşəcəyi, axşam saatlarında isə əsasən şərq rayonlarında güclənəcəyi ehtimal edilir. Eyni zamanda şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı proqnozlaşdırılır.
Rayonlarda havanın temperaturu gecə 14-17°, gündüz 20-25° isti təşkil edəcək. Dağlıq ərazilərdə gecə 4-8°, gündüz isə 8-13°, bəzi yerlərdə 17° isti olacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: