Azər Məmmədov Azərbaycan Mühəndislik Akademiyasının yubiley döş nişanı ilə təltif olunub




SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Azərbaycan Mühəndislik Akademiyasının “20 il xidmətinə görə” yubiley döş nişanı ilə təltif edilib.
Azturkxeber.az xəbər verir ki, bununla bağlı Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti Əhəd Canəhmədov ilə keçirilən görüşdə qaz təchizatı sahəsində görülən işlər, tətbiq olunan müasir texnologiyalar və xidmət keyfiyyətinin artırılması istiqamətində əldə olunan nəticələr barədə geniş fikir mübadiləsi aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: