Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər İdarəsinə yeni təyin olunmuş rəis, polkovnik-leytenant Ceyhun Əsədov ilə görüşüb.
Azturkxeber.az xəbər verir ki, şəhər rəhbəri yeni təyinat münasibətilə Ceyhun Əsədovu təbrik edərək, ona xidməti fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, Ceyhun Əsədov bundan əvvəl SHXÇDX-nin Xaçmaz rayon şöbəsinin rəisi vəzifəsində çalışıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.