Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin birgə təşkilatçılığı ilə 15 May - Beynəlxalq Ailə Günü münasibətilə "Ailə həyatına hazırlıq" mövzusunda təlim proqramı keçirilir.
Azturkxeber.az xəbər verir ki, Ailə institutunun möhkəmləndirilməsi və gənclərin bu məsuliyyətli mərhələyə mənəvi-psixoloji hazırlanması məqsədilə təşkil edilən təlimlərdə paytaxt və regionlardan 220 ailənin iştirakı nəzərdə tutulur.
Təlimlər ailədaxili münasibətlərin sağlam təməllər üzərində qurulması, qarşılıqlı anlaşma və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi, həmçinin müasir dövrdə ailələrin qarşılaşdığı çətinliklərin effektiv idarə olunması mövzularını əhatə edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.