azturkxeber.az
http://azturkxeber.az

Qlobal urbanizasiya və əsas tendensiyalar: Bolqarıstanda WUF13-ə hazırlıq məsələləri müzakirə olunub

30-04-2026

Qlobal urbanizasiya və əsas tendensiyalar: Bolqarıstanda WUF13-ə hazırlıq məsələləri müzakirə olunub

Aprelin 30-da Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasına həsr olunmuş tədbir təşkil edilib.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində hibrid formatda keçirilən tədbirdə diplomatlar, Bolqarıstan bələdiyyələrinin nümayəndələri, akademiklər və müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan mütəxəssislər iştirak ediblər.

İştirakçıları salamlayan ölkəmizin Bolqarıstandakı səfiri Elmar Məmmədov Bakı ilə Sofiya arasında əməkdaşlığın, o cümlədən akademik və ekspert səviyyəsində əlaqələrin inkişafını yüksək qiymətləndirib.

Diplomat əmin olduğunu bildirib ki, təkcə dövlət qurumları deyil, həm də ictimai təşkilatlar və universitetlər münasibətlərin dərinləşməsinə töhfə verməlidir.

E. Məmmədov ən nüfuzlu beynəlxalq platformalardan birinin - WUF13-ün Bakıda təşkil olunmasına diqqət çəkərək vurğulayıb ki, bu müzakirələr təkcə qlobal şəhərsalma gündəliyində mühüm mərhələ deyil, həm də əhəmiyyətli beynəlxalq tədbir olacaq.

Səfir müasir Azərbaycanda tətbiq olunan yanaşmaların beynəlxalq platformalarda müzakirə olunan şəhərsalmanın fundamental prinsipləri ilə uzlaşdığını qeyd edib.

WUF13 milli koordinatorunun və Dövlət Şəhərsalma və Memarlıq Komitəsinin sədr müavini Gülşən Rzayeva tədbir iştirakçıları qarşısında çıxış edib. Ardınca Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı (BMT-Habitat) üzrə Şərqi London Universitetinin tədqiqatçısı Hamza Berruan, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) və Azərbaycan Memarlıq və Tikinti Universitetinin nümayəndələri çıxış ediblər.

Müzakirələr zamanı inklüzivlik, davamlı inkişaf və insan mərkəzli yanaşma prinsiplərinə əsaslanan şəhərsalmanın zəruriliyi vurğulanıb.

Universitetlərin şəhərsalma və ərazi planlaşdırması üzrə mütəxəssislərin hazırlanmasına verdiyi töhfələr qeyd edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930