azturkxeber.az
http://azturkxeber.az

"Prezident Kuboku": Bu gün daha 9 mükafat öz sahibini tapacaq

30-04-2026

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident Kuboku-2026" beynəlxalq reqatasında bu gün növbəti yarışlar keçiriləcək.

Azturkxeber.az xəbər verir ki, Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman mərkəzində təşkil olunacaq yarışlarda daha 9 mükafat öz sahibini tapacaq.

Avarçəkənlər 500, 1000 və 1500 metr məsafələrə mübarizədə qüvvələrini sınayacaqlar. Saat 10:00-da yarımfinal, 12:00-da isə final mərhələsi start götürəcək.

Qeyd edək ki, Azərbaycan Su İdman Növləri Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı əsasında keçirilən "Prezident Kuboku"nda ölkəmizlə yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq. Yarışın son 2 mərhələsi Mingəçevirdə keçiriləcək. Reqataya mayın 1-də yekun vurulacaq. Hələlik Azərbaycan millisinin aktivində 1 gümüş medal var. Ötən gün Suqovuşanda baş tutan yarışlarda Əli Murad Hacızadə 2-ci yeri tutub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930