azturkxeber.az
http://azturkxeber.az

Masallıda 14 kiloqram narkotik vasitə aşkarlanıb

30-04-2026

Masallıda 14 kiloqram narkotik vasitə aşkarlanıb

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbir zamanı saxlanılan 24 yaşlı Pirali Ağayevdən ümumilikdə 14 kiloqram marixuana, heroin və tiryək aşkarlanıb.

Azturkxeber.az xəbər verir ki, saxlanılan şəxs ifadəsində narkotikləri paytaxt ərazisinə gətirərək satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930