azturkxeber.az
http://azturkxeber.az

Çexiya sahibkarları Qəbələdə şərab zavodunda olublar

30-04-2026

Çexiyalı iş adamları Qəbələdə şərab zavodunun fəaliyyəti, istehsal prosesi və Azərbaycanın şərabçılıq ənənələri ilə tanış olub.

Azturkxeber.az xəbər verir ki, ixracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO tərəfindən ticarət, enerji, sənaye, tikinti, maliyyə, nəqliyyat-logistika, İKT və xidmət sahələrində fəaliyyət göstərən 50-dək Çexiya sahibkarının Qəbələdə yerləşən şərab istehsalı zavoduna səfəri təşkil olunub.

Səfər zamanı çexiyalı iş adamlarına müəssisənin fəaliyyəti, istehsal prosesi, tətbiq olunan müasir texnologiyalar, məhsul çeşidləri və ixrac imkanları barədə məlumat verilib. Qonaqlar üçün zavodun ərazisində yerləşən şərab muzeyində Azərbaycanın şərabçılıq tarixi və bu sahədə formalaşmış ənənələrə dair informasiya turu təşkil olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930