Rizə vilayətində Azərbaycan və Türkiyənin regionları arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev Türkiyənin Rizə vilayətinin valisi İhsan Səlim Baydaş ilə görüşüb.
Görüş əsnasında iki qardaş ölkənin regionlarının iqtisadi-ticari əməkdaşlığın inkişafına verdiyi töhfə, eləcə də Azərbaycan ilə Türkiyə arasında sosial-mədəni qarşılıqlı əlaqənin dərinləşdirilməsi yolları müzakirə olunub.
Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyevin də iştirak etdiyi görüşdə hazırda Rizədə yaradılan “İyidere” logistika mərkəzinin təklif etdiyi imkanlar ətrafında da fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, bu mərkəz beynəlxalq ticarətin inkişafına, nəqliyyat xərclərinin azaldılmasına, ixrac və idxal proseslərinin sürətləndirilməsinə əhəmiyyətli töhfə verəcək.
Azərbaycanın baş konsulu Rizəyə səfəri zamanı Rəcəb Tayyib Ərdoğan Universitetində təhsil alan azərbaycanlı tələbələrlə də görüşüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:




