Ermənistandan rəsmi ittiham: Rusiya sülh istəmir

“Azərbaycan və Ermənistan arasında sülh Rusiyanın maraqlarına uyğun deyil”.
Azturkxeber.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
“Regionda sülh böyük güclərin, xüsusilə də Rusiya Federasiyasının maraqlarına uyğun deyil. Çünki Rusiya bu halda ilk növbədə Ermənistan, sonra Azərbaycan üzərində təsir rıçaqlarını itirir. Rusiya Ermənistan, Azərbaycan və Gürcüstanı öz “təsir zonası” hesab edir”, - spiker vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: