Çexiya Sənaye Konfederasiyası ilə görüş keçirilib

Görüşdə ikitərəfli iqtisadi əlaqələrin inkişafı, iki ölkənin işgüzar dairələri arasında birbaşa təmasların artırılması müzakirə olunub, qurumlar arasında sənəd imzalanıb.
Azturkxeber.az xəbər verir ki, ixracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Çexiya Sənaye Konfederasiyası arasında görüş keçirilib.
AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verib, Azərbaycan biznesinin Çexiya bazarına çıxışının dəstəklənməsi və çex şirkətləri ilə əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasının önəmini diqqətə çatdırıb.
Çexiya Sənaye Konfederasiyasının prezidenti Yan Rafay ölkəsinin sənaye və texnologiya sahələrində təcrübəsindən danışıb, Çexiyanın Avropa bazarları və təchizat zəncirləri ilə sıx əlaqələrinin mövcudluğunu vurğulayıb.
Görüşdə məlumat mübadiləsinin aparılması, qarşılıqlı maraq doğuran sektorların müəyyənləşdirilməsi və işgüzar dairələr arasında münasibətlərin inkişafı üzrə növbəti addımların atılmasına dair razılıq əldə olunub. Görüş zamanı qurumlar arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: