azturkxeber.az
http://azturkxeber.az

Cəbrayılın yeni mənzərəsi gənclərin gözü ilə: “Obyektivdə zaman və memarlıq” fotomüsabiqəsi start götürür

29-04-2026

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Azərbaycan Fotoqraflar Birliyinin (AFB) təşkilatçılığı ilə Cəbrayıl şəhərində “Obyektivdə zaman və memarliq” adlı fotomüsabiqə keçiriləcək.

Xidmətdən bildirilib ki, müsabiqə Prezident Ilham Aliyev tərəfindən imzalanmış müvafiq Sərəncama əsasən 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunmasına həsr edilib.

Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbinin yuxarı sinif şagirdləri arasında keçirilən foto mobiloqrafiya müsabiqəsinin məqsədi şəhərsalma və memarlıq dəyərlərinin təbliği, gənclərin yaradıcılıq potensialının inkişafı, azad olunmuş ərazilərin yeni simasının ictimai təqdimatı, həmçinin memarlıq irsinin və müasir quruculuğun tanıdılması, şagirdlərin praktik fotoqrafiya bacarıqlarının inkişafı, gənclərin şəhərsalma proseslərinə marağının artırılması və Cəbrayılın vizual arxivinin yaradılmasıdır.

Eyni zamanda, şagirdlərdə məskunlaşdıqları əraziyə, şəhər/kənd mühitinə estetik baxışın formalaşdırılması və mobiloqrafiya vasitəsilə onların yaradıcılıq potensialının inkişaf etdirilməsi də hədəflənir.

Layihə çərçivəsində şagirdlər üçün mobiloqrafiya üzrə təlim keçirilib. Təlim Azərbaycan Fotoqraflar Birliyinin üzvləri Mirnaib Həsənoğlu və Fərhad Sultanov tərəfindən aparılıb. Mirnaib Həsənoğlu fotoqrafiya tarixi və Azərbaycan fotoqrafiyası barədə, Fərhad Sultanov isə mobiloqrafiya üzrə təlim keçib.

Təlim zamanı iştirakçılara mobil fotoqrafiyanın əsas prinsipləri, düzgün kadr quruluşu (kompozisiya), işıqdan effektiv istifadə, rakurs seçimi və vizual hekayə quruculuğu barədə ətraflı məlumat verilib. Eyni zamanda, portret və həyat tərzi (“lifestyle”), “Zamanın memarı” kateqoriyaları üzrə çəkiliş xüsusiyyətləri, şəhər mühitində memarlıq elementlərinin düzgün təqdim edilməsi, həmçinin mobil tətbiqlər vasitəsilə ilkin foto redaktə üsulları izah olunub.

Qeyd edək ki, şagirdlər tərəfindən çəkilərək təqdim olunan işlər qiymətləndirmə mərhələsindən keçiriləcək. Daha sonra uğurlu şəkillərdən ibarət sərgi təşkil olunacaq. Sərgidə qalib olan şagirdlərə hədiyyələr və sertifikatlar təqdim ediləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930