azturkxeber.az
http://azturkxeber.az

"ASAN xidmət" “Hər kəs üçün ASAN” layihəsini reallaşdırır

29-04-2026

"ASAN xidmət" "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İctimai Birliyi ilə birgə tərəfdaşlıq çərçivəsində “Hər kəs üçün ASAN” sosial layihəsinə start verib.

Azturkxeber.az-ın məlumatına görə, layihə çərçivəsində dövlət xidmətləri ilə bağlı məlumatlandırıcı videolar hazırlanaraq "ASAN xidmət"in sosial media hesablarında paylaşılacaq. Videolar surdotərcümə (işarət dili) ilə təqdim ediləcək və burada müxtəlif dövlət xidmətləri, müraciət qaydaları, vətəndaşların yararlana biləcəyi imkanlar barədə məlumatlar əks olunacaq.

Layihənin əsas məqsədi eşitmə və nitq məhdudiyyətli şəxslərin dövlət xidmətlərinə çıxış imkanlarını genişləndirmək, onların məlumatları daha rahat və əlçatan formada əldə etməsini təmin etməkdir.

"ASAN xidmət" fəaliyyətində hər zaman vətəndaş məmnuniyyətini, sosial həssaslığı və xidmətlərin hər kəs üçün əlçatan olmasını əsas prioritetlərdən biri kimi ön planda saxlayır.

"Youtube" video: https://youtube.com/shorts/6z--6BjEJ9Q?si=pl3Gb5jL4dJKUEaL






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930